Təqvim
Göyçayda XIV Nar festivalı keçirilib (+FOTOLAR)
12 noyabr 2019 - 01:53

Canveten.az xəbər verir ki, Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AzNar şirkətinin dəstəyi ilə Göyçayda XIV Nar festivalı keçirilib. Tədbir Göyçay şəhərinin mərkəzi küçələrindən birində təşkil olunub. Festivala dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri, xaici turistlərin də qatıldığı möhtəşəm tədbirdə minlərlə insan iştirak edib. 

Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Həmçini festival qonaqları yerli əhalinin ustalıqla hazırladıqları nar şirəsinin, nar şərabının, nardançanın, xüsusi bəslənmiş narların dadına baxmaq imkanı əldə ediblər.  Habelə, festivalda narın satışı da təşkil edilib. Festival gələnlər ən keyfiyyətli narları festival çərçivəsində ucuz qiymətə almaq imkanı əldə ediblər.

Göyçayda bayram bayrama qarışıb. Belə ki, Nar festivalı ilə yanaşı AzNar Qapalı Səhimdar Cəmiyyətinin yaranmasının 50 illik yubileyi də keçirilib. Şirkətin yubileyi münasibəti ilə daha bir zavod istifadəyə verilib və Nar hotelinin açılışı olub. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər.

AzNar şirkəti eyni zamanda ən yaxşı foto, video və şeir müsabiqəsi, həmçinin nərd yarışı təşkil edib. Qaliblərə pul mükafatı verilib. Birinci yer 3000 manat, ikinci yer 1000 manat, yarışda finala çıxan, amma qalib gəlməyən  hər kəsə üçüncü yerə laiq görülüblər və onlara  500 manat pul mükafatı verilib.

Qeyd edək ki, qarşıdan gələn ildə də  Nar festivalında nərd, şer, foto, video yarışları keçiriləcəkdir.

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda Teymur Bayrəməlibəyovun büstünün açılışı Akif Ağayev, +FOTO=413:46, 25 sentyabr 2022
Gülağa Tənha: BİRİ SƏNSƏN, BİRİ DƏ MƏN20:05, 24 sentyabr 2022
Finlandiya rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək 23:37, 23 sentyabr 2022
Almaniyada səfərbərlikdən yayınan rusiyalılara siyasi sığınacaq veriləcək 23:34, 23 sentyabr 2022
İsraildə erməni təxribatlarına etiraz edildi 23:33, 23 sentyabr 2022
Gülağa Tənha: «GECƏNİ ƏYNİNƏ GEYİNMİŞ AYAM…»14:07, 23 sentyabr 2022
NADİR AĞAYEV – 87 Akif Ağayev, +FOTO=1511:26, 23 sentyabr 2022
Gülağa Tənha: QƏLƏMİM17:55, 22 sentyabr 2022
Onlar Putinin qohumu ilə dəyişdirildilər 17:49, 22 sentyabr 2022
Rusiya hava limanlarında ölkədən çıxmaq istəyən kişiləri dindirirlər 17:47, 22 sentyabr 2022
Sürücülük imtahanları belə təşkil ediləcək 17:45, 22 sentyabr 2022
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi 17:42, 22 sentyabr 2022
Gülağa Tənha: NƏRGİZİM22:21, 21 sentyabr 2022
Nijni Novqorod - Yerevan təyyarəsində sərnişin öldü 22:19, 21 sentyabr 2022
İlham Əliyev Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib +FOTO=522:15, 21 sentyabr 2022
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb +FOTO=2521:39, 21 sentyabr 2022
İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olub +FOTO=821:25, 21 sentyabr 2022
Masallıda “44 gün - Tarixi zəfər” adlı üç­cild­li­yin ilk cildinin təqdimatı Akif Ağayev, +FOTO=921:04, 21 sentyabr 2022
Gülağa Tənha: HARDA QALDI KƏPƏNƏYİM?..21:17, 20 sentyabr 2022
Masallıda uşaq birliyi təşkilatı rəhbərləri ilə görüş Akif Ağayev, +FOTO=320:19, 20 sentyabr 2022
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə