Hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil. Bunu "Təzəpir” məscidinin imamı Mircəfər Eyyubov bayram namazından sonra deyib. O bildirib ki, bayram namazı saat 09:00-da başlasa da, sübh tezdən məscidə yüzlərlə insan axışıb: "İnsanlar bayram namazından öncə ibadət ediblər. Onlara dinin, imanın gözəlliyindən, dürüstlükdən bəhs edən ibrətamiz hekayələr danışılıb”. M.Eyyubov qeyd edib ki, Qurban bayramı Həcc ayinlərindən biri sayılır: "Bu gün hacıların qurban kəsməsi vacibdir. Ümumilikdə isə hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil. İnsanlar bu bayramın fəlsəfəsinə uyğun olaraq bir-birilərinə yardım edirlər. Kəsilən qurbanların isə imkansız ailələrə verilməsi daha məqbul hesab edilir. Allaha yaxın olmaq, Allahın buyurduğu kimi yaşamaq, insanlara faydalı olmaq ən gözəl ibadətdir”.(oxu.az)
Bütün hüquqlar qorunur © 2024