Təqvim
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Bizlan kənd sakinlərinin problemi ilə tanış olub (+FOTOLAR)
25 iyun 2019 - 18:14

Canveten.az xəbər verir ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Həssas sosial qruplara aid vətəndaşlar             üçün tibbi, hüquqi və psixoloji    xidmətlərin təşkili" adlı layihə  çərçivəsində qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün işlər görür, eləcə də bu istiqamətdə onlarla maarifləndirmə işləri də aparır.  

            İctimai Birliyə İsmayıllı rayonunun Bizlan kəndindən 76 yaşlı, vərəm xəstəsi Musayeva Mahizər Səməd qızı  tərəfindən şikayət məktubu daxil olub. O, yazır ki, yataq xəstəsi olan 1-ci qrup əlil qızı, Qarabağ veteranı olan oğlu, gəlini və 3 nəvəsi ilə birgə yaşayırlar. Bu ilin fevral ayının 5-11 arası olan davamlı zəlzələ zamanı 1957-ci ildə inşa olunmuş yaşadıqları ev  dağıntıya uğrayaraq yaşayş üçün təhlükəli vəziyyətə düşüb. Ailə üzvləri ilə birgə hər gün evin uçacağı qorxusu ilə faktiki olaraq hazırda həyətdə yaşayırlar.

            Layihənin rəhbəri və İB-in sədri Tahir Xudiyev və layihədə könüllü iştirak edən Səməd Fərzəliyev İsmayıllı rayonu Bizlan kəndinə səfər edərək Musayevlər ailəsinin problemi ilə yerindəcə maraqlandılar. Görüş zamanı Mahizər Musayeva Prezidentin göstərişi ilə zəlzələdən ziyan çəkmiş ailələrə köməklik üçün yaradılmış komissiyanın onların evlərini qeydiyyata görürmədiklərindən şikayətçi olduqlarını bildirdilər və evlərinə təkrar baxış keçirilməsini  xahiş etdilər. Əməkdaşlarımız evin həqiqətən dağıntıya uğradığının şahidi olmuş, foto və video çəkiliş aparmışlar. 76 yaşlı xəstə ana evin hər an uça biləcəyi qorxusundan rahat yaşaya bilmədiklərini bildirmiş, əvvəllər etdikləri müraciətlərin heç bir nəticə vermədiyi üçün "Beynəlxaql Əlillər Cəmiyyətin"dən bu işdə onlara köməklik etməyi, səslərinin aidiyyəti dövlət təşkilatlarına çatdırılmasını xahiş etmişlər. Musayevlər ailəsinin qohumları və qonşuları da M.Musayevanın oğlunun həqiqətən də 6 il Qarabağ müharibəsində iştirak etdiyini, ailənin evlərinin zəlzələdən yaşamaq üçün yararsız hala düşdüyünün şahidi olduqlarını bildirdilər, hazırda həyətdə yaşayan ailənin qarşıdan gələn soyuq havalarda nə edəcəklərini düşündüklərindən bu imkansız ailəyə köməklik göstərməyi xahiş etdilər. 

            Musayevlər ailəsindən başqa Bizlan kənd sakini Xasıyev Orxan Mətləb oğlu da İB-ə  müraciət etmişdir. Orxan da fevral ayında baş verən güclü zəlzələ zamanı Qarabağ müharibəsində Bizlan kəndindən yeganə şəhid olan qardaşı Babək Xasıyevin qəbrinin dağıldığı və çökdüyü üçün bir neçə dövlət təşkilatlarına müraciət etdiklərini, lakin heç bir köməklik göstərilmədiyni bildirdi. İB-dən şəhid Babək Xasıyevin çökmüş, dağılmış qəbrinin düzəldilməsi işində köməklik göstərməyi İB-dən xahiş edib.

            İctimai Birlik tərəfindən Musayevlər ailəsinin və Orxan Xasıyevin problemlərinin müsbət həlli ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər ediləcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ORDU QURUCULUĞU
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə