Təqvim
Siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun «Xəzər hövzəsi və enerji təhlükəsizliyi» kitabının təqdimat mərasimi... ViDEO+FOTOLAR
10 dekabr 2018 - 20:41

TƏDBİRDƏN TAM ViDEO-reportaj  HAZIRLANIR ...

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun«Xəzər hövzəsi və Enerji təhlükəsizliyi» adlı kitabı işıq üzü görüb. Kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Ölkəmizin ümummilli lider Heydər Əliyev tərəfindən əsasları qoyulan balanslaşdırılmış enerji siyasəti kursunun həm də enerji təhlükəsizliyi baxımından təhlili məsələləri, cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi prioritetləri, Xəzər ətrafında uzun illər davam edən danışıqlar prosesi, Xəzəryanı dövlətlərin münasibətləri, əldə edilən nəticələrin təhlili tədqiqatın başlıca məqsəd və vəzifələrisırasındadır.
Təqdimat, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin anımıilə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müəllif Rufiz Qonaqovu «Xəzər hövzəsi və enerji təhlükəsizliyi»adlı kitabı münasibətilə təbrik edərək tədbir iştirakçılarını salamladı.Başlıca prioritetləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün Cənab İlham Əliyevin praqmatik siyasi iradəsi ilə balanslaşdırılan Azərbaycanın enerji siyasətinin uğurlarını qeyd edərək«Xəzər hövzəsi və enerji təhlükəsizliyi»kitabının Xəzərin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışdı.
Kitabın rəyçilərindən olan millət vəkili, professor Elman Nəsirov sözügedən elmi-tədqiqat əsəri haqqında çıxış edərək Rufiz Qonaqovun elmi-ictimai mühitdə aktual olan tədqiqat əsərinin əhəmiyyətini vurğulayaraq iştirakçılara söz verdi.
Milli Məclisin Komitə sədri Siyavuş Novruzov bu gün enerji təhlükəsizliyinin enerji resurslarının kəmiyyəti qədər vacib əhəmiyyət daşıdığını bildirdi. Həmçinin qeyd etdi ki, müəllif kitabda dünya enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini təhlil edib, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb, dünyada baş verən konfliktlər konteksində Xəzərin statusu ilə əlaqədar Xəzəryanı dövlətlər arasında əldə edilmiş konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyətini uğurla tədqiq etməklə yanaşı, hövzə dövlətləri arasında Azərbaycanın potensial imkanlarını və onun üstün cəhətlərini sistemli şəkildə müqayisə edib. 
Millət vəkili, akademik Ziyad Səmədzadə ölkəmizin XXI əsrdə enerji və enerji təhlükəsizliyi məsələləri istiqamətində ən sabit ölkə olacağını, bu gün Cənab İlham Əliyev tərəfindən davam etdirilən böyük layihələrin həm də regionu sabitlik diyarına çevirəcəyini bildirdi.
Kitabın daha bir rəyçisi olan fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə müasir insan amilinin inkişafında enerji və enerji təhlüksizliyinin vacibliyindən bəhs etdi.Kitabda bu məsələlərə müqayisəli yer ayrıldığını bildirdi.
Daha sonra, fəlsəfə elmləri doktoru Rövşən Məmmədov,BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli,siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov«Xəzər hövzəsi və enerji təhlükəsizliyi» kitabının geniş oxucu, eləcə də ekspertlər üçün vacib əhəmiyyət daşımasının aktuallığından söz açaraq bu gün nəinki regionda, eləcə də dünyada aktual paradiqma hesab edilən “enerji təhlükəsizliyi”nin təhlili məsələlərinin vacibliyindən bəhs etdilər.Tədbirdə xarici ölkələrin – xüsusən Xəzəryanı ölkələrin səfirləri və səfirlik nümayəndələri də iştirak və çıxışlar edib.
Tədbirin sonunda siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi və müasir Azərbaycan dövlətinin uğurlu enerji siyasəti ətrafında gələcəktədqiqatların müqayisəli metodlarla sistemləşdirilməsi zərurətindən bəhs edərək, Bakı-Tiflis-Ceyhan neft kəmərindən sonra TANAP, TAP kimi iri layihələrin nəinki regionda eləcə də dünyada mühüm sabitlik mənbəyi olacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Müəllif Ulu Öndər Heydər Əliyevin sitatını tədbir iştirakçılarının diqqətinə çatdırdı “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Məhz əsrin müqaviləsindən sonra Azərbaycanın beynəlxalq arenada tanınmasını və bir çox beynəlxalq səviyyəli layihələrə ölkəmizin qoşulmasının zəruriliyini qeyd edən Rufiz Qonaqov bu davamlı inkişaf siyasətinin uğurla Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini diqqətə çatdırdı. Rufiz Qonaqov Azərbaycanın təkcə tranzit ölkə deyil, həm də enerji mənbələri ilə zəngin olan bir ölkə olduğunu vurğuladı və Azərbaycanın öz enerji tələbatını daxili imkanları hesabına təmin etdiyini bildirdi. Müəllif Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində Azərbaycanda qaz ehtiyatlarının həcminin artmasını, milli enerji siyasətində qaz amilinin ön plana keçməsini, siyasi prizmada tranzit ölkələrdən asılılığın aşağı düşdüyünü, iqtisadi və geosiyasi maraqları olan güclü dövlətlərin, regional və qeyri-regional ölkələrin cəlb edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını çıxışında qeyd edərək tədbir iştirakçılarına bir daha öz dərin minnətdarlığını bildirdi. 
 

Tədbirin video-foto reportajlarını hazırladılar: Səfiyar Məcnun, Əli Qocayev, Məhərrəm Abasov.

 

Sosial şəbəkələrdə paylaş:
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə