Təqvim
Bitkoin, kriptovalyuta və blokçeyn haqqında bilməli olduğunuz “hərşey”
30 oktyabr 2018 - 14:41

Çoxdandır yazmaq istədiyim yazını axır ki, vaxt ayırıb yaza bildim və sizinlə paylaşıram:

Bitkoin, kriptovalyuta və blokçeyn haqqında bilməli olduğunuz “hərşey”

Bugün artıq 2018-ci ildəyik və Azərbaycanda da artıq gənc nəslin böyük bir hissəsi ən azı kriptovalyutaların nə olduğunu bilir və bir neçəsinin adını eşidib. Bir daha xatırladırıq ki, kriptovalyutalar Blokçeyn texnalogiyaları əsasında yaradılmış proqramların ödəniş vahididir.

Kriptovalyutanın əsas mahiyyəti onun hər hansı mərkəzi yerdən idarə olunmaması və dəyərinin tamami ilə onun istifadəçiləri arasında müəyyən olunmasıdır. İlk yaradılmış kriptovalyuta Bitcoin-dir. Bitcoin elektron adı Satoshi Nakamoto olan, böyük ehtiyamlla proqramçı olan və haqqında başqa heçnə bilmədiyimiz bir nəfər tərəfindən yaradılıb.

Bitcoin-in yaradılmasının əsas səbəbi Mərkəzləşmiş dövlətlərin buraxdığı pulların xalq tərəfindən idarə oluna bilinməməsi, daima o pulların əldə olunması və ya dəyişdirilməsi əməliyyatlarında bankların və ya oxşar maliyyə instutlarının vasitəçi rolu olması olub. Genesis Blok yəni Bitcoin transaksiyası üçün yaradılmış ilk blokda bunlar yazılmışdır: “03/Jan/2009 Chancellor on brink of second bailout for banks.”, “03 yanvar 2009 Nazir banklar üçün ikinci xilasetmə əməliyyatının eşiyindədir”. Bu başlıq eyni tarixdə İngiltərənin “The Times” qəzetində çıxmış məqalənin başlığı ilə eynidir. Məqalədə o vaxtki İngiltərə Maliyyə Nazirinin (Chancellor of Exchequer) Bankların xilası məqsədi ilə, banklarda daha çox hissənin milliləşdirilməsi üçün daha milyardlarla vəsaitin xərclənməsi lazım olduğunu və ondan əvvəlki ildə xərclənmiş 37 milyatd funt vəsaitin nəticə vermədiyi yazılırdı.

Ödəniş vasitələrinin tarixi ardıcıllığını daha öncə reddit-də dərc olunmuş bir məqalədə daha aydın görə bilərik:

- İnsanlar bir biriləri ilə əşyaları barter edirdilər, bu barterlərin nə dərəcədə ədalətli olunduğu sual doğrururdu. Güclülər zəiflərdən daha çox şey alırdı (əlavə olunub)
- İnsanlar bir birilərinə qızıl və gümüş ilə ödəniş edirdilər. Daşınması və bölünməsi çətin idi
- Kağız pul ixtira edildi. Bu bank seyflərindəki qızıla iddia üçün əsas idi. Daşınması və bölünməsi rahatlaşdı.
- Banklar insanlara özlərində olan qızılın dəyərindən daha çox pul verməyə başladı. Fractional reserve banking (ehtiyat bank sistemi) yaradıldı. Bununla da banklara kütləvi tələb yarananda banklar batmağa başladı.
- Mərkəzi bank anlayışı yarandı. Mərkəzi Bank digər bütün banklar üçün sonuncu dayaq nöqtəsi idi (lender of last resort). Bununla da banklardakı pullara tələb digər banklar tərəfindən mərkəzi bank vasitəsi ilə qarantiyalanmış oldu. Riskin azaldılmasına baxmayaraq yenə də bu problem həll olunmadı. Bu hadisələrin tezliyi azaldı amma təsiri gücləndi. Çünkü bu dəfə bir bankda yaranmış problem digər banklara da sıçramağa başladı. Ehtiyat bank sistemini ləğv etmədilər. 


- Banklar yenə də çətinliyə düşürdülər. Fərq onda idi ki, bu dəfə bir bank çətinliyə düşəndə onların hamısı çətinliyə düşürdü və dövlət onları (və ya oradakı əhali pullarını) xilas etmək üçün devreyə girməli olurdu.


- Qızıl və maliyyə sistemi arasındakı bütün bağları 1971-ci ildə Nixon-un (red:o vaxtki Amerika prezidenti) qızıl standartını ləğv etməsi qırdı. Belə ki, o elan etdi ki, bundan sonra ABŞ Dolları qızıl ilə sabit qiymətə mübadilə olunmayacaq. Bu isə problemi daha çox böyütdü. Beləliklə bankların effektiv olaraq yarada biləcəkləri pulun limiti yox idi. 


- Bu andan etibarən isə yaradılan bütün pullar kredit idi. Pul aktivlər ilə dəstəklənməyə başladı. Kredit götürüləndə bank yoxdan pul yaradıb sənə verir və gözləyir ki, sən ona o pulu faiz ilə birlikdə qaytarasan. Əlbəttə banklar bu kredit üçün adektvat ehtiyat yaratmalıdır, amma bu ehtiyatlar özü də kredit olan puldan formalaşmışdır. Və ehtiyatlar bankların verdiyi kreditin çox az bir hissəsidir. (Məsələn, Azərbaycan bank sistemində bu 2%-dir.)


- Beləliklə pul kütləsi artıb daşmağa başladı. Amerika Ehtiyatlar Sistemi 2006-ci ildən bu yana M3 pul kütləsini açıqlamır. Avropa Mərkəzi Bankı avronun hər il 5% artdığını göstərən hesabat dərc edir. (red: St. Louis FED-in saytında əslində 1960-cı ildən bu yana aylıq ölçüdə M3 pul kütləsi dərc olunur. 1960-cı ildə bu rəqəm 300 mlrd idisə 1971-ci il, məhz qızıl standartının ləğv olunması dövründə bu rəqəm artıq 633 mlrd-a çatırdı. 47 il ərzində bu rəqəm 22 dəfə artaraq 14 trilyona yaxınlaşıb. Son 10 ildə Dollar kütləsi ilə ortalama 6.3% artır)
- Pul kütləsinin artması qiymətlərin də artmasına səbəb oldu. Yanlız bu artım hardasa pul kütləsinin artımından daha azdır. Bu məhsuldarlığın artması hesabınadır. Normalda eyni məhsuldarlıqla qiymətlər artmasaydı, effektiv olaraq qiymətlər hər il azalmalı olacaqdı. (red: Lakin, indi insanlar özlərinin olmayan pul ilə onlara lazım olmayan şey aldıqları üçün ölkə iqtisadiyyatları bu vəziyyətdədir.) 
- İnkşaf etmiş ölkələrdə inflasiya 2% ətrafındadır. 


- Banklar aşkar etdi ki, onlar bütün bu yaradılmış və 2% artan məhsuldarlığı insanlar çox şikayət etmədən necə kanalizasiyaya buraxmaq olar. Onlar buna hər il pul kütləsini 5% artırmaqla nail oldular. Hələ bir, insanlar bunun üçün onlara üstündə faiz də ödəyir. 
- Bütün bunların üstünə bir də banklar hər bir neçə ildən bir yenə bu xalqın pulu əsir alıb özlərini çətinlikdən çıxarmağa çalışırlar. Bankların maliyyə krizislərində mütləq şəkildə xilasa ehtiyacları olur. 


- Bu problemlərdən başqa bir də indi Banklar və dövlət nağd pulu tamami ilə dövriyyədən çıxarır. Bu effektiv olaraq o deməkdir ki, banklar olmadan heç bir azad iki insan öz aralarında mübadilə edə bilməyəcəklər. Siz əgər bir biri ilə mübadilənin fundamental hüquq olduğunu düşünürsünüzsə, bu sizi qorxutmalıdır.


- Doğru düzgün pulun olmaması problemin kökü idi. Biz fedin (Federal Ehtiyatlar Sistemi, Amerika Mərkəzi Bankı) dollarını istifadə etməyə məcbur idik, çünkü onun yaxşı alternativi yox idi. Qızıl və gümüş isə yenə də istifadə üçün çətin olaraq qalırdı. 


- Bir ara qiymətli metallarla qarantiya olunmuş özəl valyuta (Liberty dollar) buraxılması təşəbbüsü də geri çevrildi çünkü bu Amerika valyuta sisteminin kökünə əks idi. Görünən o idi ki, alternativ valyuta yanlız o zaman gün işiğına çıxa bilərdi ki, o valyutanı heç kim buraxmasın və mərkəzi qeyri-müvəffəqiyyət nöqtəsi olmasın.


- Bu başqa sözlə yanlız tərəflər arasında (peer-to-peer) elektron pul sistemi ola bilərdi. Satoshi Nakomoto adlı istifadəçinin bütün yuxarıda sadalanan problemlərə cavabı məhz bu idi. Ona görə də, ilkin blokda o “Nazir ikinci bank xilasının eşiyində” başlığını yerləşdirmişdi. Bitcoin bizim maliyyə sisteminə alternativ olaraq nəzərdə tutulub.

Məhz bunun üçün blokçeyn texnalogiyası və onun tərkib hissəsi olan kriptovalyutalar bir növ yeni dünya düzəni “New World Order” adlandırıla bilər. Digər tərəfdən bu bir çoxları tərəfindən hippiliyə də bənzədilir. Bitkoin yaradılarkən ona dövlətlərin təsir gücünün olmamasını istəyən şəxs onu bu təhlükələrdən qorumaq üçün unikal kriptoqrafiya sistemi düşünmüş və ilk dəfə olaraq kriptoqrafiiya ardıcıllığının məntiqini dəyişərək bütün məlumatların mərkəzi bir yerdə formalaşıb ordan kopyalanmağı əvəzinə hər bir yeni məlumat üçün əvvəlki bütün məlumatları özündə birləşdirən və yanlız özündən əvvəlki blokdan asılı olan, ondan əvvəl kopyalanan məlumatların zədələnməsi halında da bundan təsirlənməyən blokçeyn texnalogiyasını düşünmüşdür. Beləliklə hər bir tranzaksiyanı həyata keçirmək istəyən şəxs həm də bu məlumatların köçürülməsində və sonradan onun şifrələnməsində iştirak etməli idi. Ona görə sistem elə qurulub ki, traksaksiyanı yaratmaq və şifrələmək üçün də bonus sitemi vardır. Hər bir bloku tamamlayan və şifrələyən tərəf bir bitcoin ilə mükafatlandırılır.

Zamanla bu adamlar, yəni transaksiyanı edən və blokların yaranması və şifrələnməsini həyata keçirən insanlar ayrıldı. Bəziləri yanlız əqdlər bağlayır, digərləri isə onları “təsdiq” edirlər. Bu ona görə baş verdi ki, transaksiyanı həyata keçirmək istəyən hərkəs bu təsdqiləmə ilə məşğul olmaq istəmirdi. Təsdiqləmə sistemi olmadan isə əqd baş vermirdi. Beləliklə biznes fikirli insanlar təsdiqlənmə prosesi zamanı yaranan bonusdan istifadə etmək üçün, onlara əqd bağlamaq lazım olmasa belə yanlız təsdiqləmə prosesi ilə məşğul olmağa başladılar.

Zamanla biz onlara miner (mayner) deməyə başladıq. Əqdi keçirən insanlar isə ilk öncə sadəcə fiziki mal və ya xidmətin mübadiləsində bunu istifadə edirdilərsə (onlar adətən entuziazist adlandıra biləcəyimiz kompyuter proqramçıları və bu camaata yaxın olan insanlar idi), daha sonra bu yeni fikir və texnalogiya haqqında məlumat yayıldı, bu ənənəvi pula alternativ olacaq iddiası, bundan əlavə kriptovalyutanın dövlət tərəfindən nəzarət oluna bilinməməsi, insanlarda bu kriptovalyutaya maraq oyatmağa başladı və beləliklə bu artıq bir investisiya alətinə çevrildi həm də digər xüsusiyyətləri bu valyutaya tələbi kəskin artırdı. İnsanlar bu valyutanı qeyri-qanuni əqdlərdə istifadə üçün alıb - satdı və ya alıb saxlamağa başladılar ki, qiyməti artanda yenidən baha qiymətə satsınlar. Açığı bu məsələ kriptovalyutanın fundamental mahiyyətinə ciddi zərər vurur. Çünkü, pul mübadilə vasitəsidir və investisiya aləti deyildir.

Bitcoinin keçən ilin sonlarınadək hər il bir neçə dəfə qiymət artımı onun pul və ya əmtəə olması haqqında suallar doğurmağa başladı. Bitkoin-in məhşurlaşması ilə digər insanlar da yenə blokçeyn texnalogiyasına əsaslanan kriptovalyutalar yaratmaq fikrinə gəldilər. Buna əsas səbəb potensial qazanc idi. İlk zamanlar bir neçə sentə satılan bütün kriptovalyutalar qısa zaman ərzində onu əlində tutana 50-60 dəfə qazanc imkanı verirdi. Təəssüf ki, bunların böyük bir hissəsinin arxasında heç bir ideya və ya biznes yoxdur, və sadəcə növbəti fırıldaqçılıqdan başqa bir şey deyil. Yeni kriptovalyutaların çıxışı ilə insanların dilinə ICO termini düşdü.

Bu ingiliscədən maliyyədə səhmlərin ilkin buraxılışı üçün istifadə olunan IPO (Initial Public Offering) ilə oxşarlaşdırılan Initial Coin Offering (ICO) demək idi. Kriptovalyutalarını buraxmaq istəyən şəxslər ilk öncə token adlanan şifrələri (token) satırdılar, hansı ki, bu ICO tarixində onlara söz verilən qiymətlə və həcmdə kriptovalyuta almağa imkan verirdi. Bu ICO-lara tələbi əks etdirən tokenlər özləri də digər kriptovalyutalar qarşılığında satıldığı üçün bu əvvəlki kriptovalyutalara daha da çox tələb yaradırdı. 8 il ərzində Bitcoin-in dəyəri bir neçə min dəfə artdı və hətta bəzilərini milyarder səviyyəsinə çıxardı. 


Bugün dünyada ümumilikdə 1300-dən çox kriptovalyuta var və bunların sayı hər ay artmaqda davam edir. Kriptovalyutalarla yaranmış ən böyük 3 problem həm də kriptovalyutanın yaranma mahiyyətini tətikləyən məsələlərdir. Birincisi, bu valyutalar izlənilə bilinir olmadığı üçün qeyri-qanuni, insan, silah, narkotik ticarəti kimi sahələri dolayısı yolla da olsa dəstəkləyir. İkincisi, kriptovalyutaların bu qədər volatil (qısa zaman içində böyük qiymət dəyişikliklərinə məruz qalması) onların valyuta olmağı haqqında fundamental narahatçılıq yaradır. Üçüncüsü isə, bugün kriptovalyutaların ən böyük həcmlərdə mübadiləsinin baş verdiyi yerlər yaradılmış elektron birjalardır. Hansı ki, ən böyüklərinin bu və ya digər yolla bank sisteminə aid olduğu üzə çıxır. Bu da kriptovalyutanın yaradılması ilə həll etməsi istənilən problemlərin həll olunmayacağına və kriptovalyutanın mahiyyətini itirəcəyinə işarə ola bilər. 


Şəxsən mənim üçün yuxarıdakı problemlər həll olunmayında heç bir kriptovalyuta investisiya aləti sayıla bilməz. Lakin, məlumatın saxlanılması və ötürülməsi baxımından blokçeyn (blockchain) texnalogiyası daha ilk addımlarını atır və bizneslər mütləq bu texnalogiyanı istifadə etməyə başlayacaqlar. Amma bu investisiya olaraq məndə daha çox bu blokların yaradılmasındə və əqdlərin təsdiqində lazım olacaq texnalogiya istehsalçılarçılarının səhmlərinə maraq oyadır. 


Hazırda kriptovalyutanın inqilabi mahiyyəti yoxdur, amma yenə də onları yaxından izləməkdə fayda var.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
Statuslar
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə