Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru prof. Nazim İmanov deyib ki, bizim statistika əhalinin rifah səviyyəsini etibarlı ölçə bilmir - əhalinin rufahı gerçəkdə yüksəkdir, amma rəsmi statistika cəmiyyətin rifahını daha aşağı səviyyədə təqdim edir. Hörmətli Nazim müəllimlə bir məsələdə tamamən razıyam: bizim statistika milli zənginlərimizə qarşı həddən artıq sayğısızlıq və etibarsızlıq nümayiş etdirir. Statistikanın rəqəmlərinə baxsaq, ölkənin ən zəngin və ən yoxsul qruplarının yaşayış göstəriciləri arasında ciddi bir fərq yoxdu. Məsələn, qida istehlakı ilə bağlı rəsmi məlumatlara görə, ən zəngin 10%-i təmsil edən ailə ən yoxsul 10%-i təmsil edən ailədən cəmi 5% çox ət istehlak edir. Yaxud onların gəlirləri arasında fərq cəmi 2-3 dəfədir. Aylıq qazancı geyim nədir, hətta normal qidalanmaya belə yetməyən ailələrlə on milyonlarla manat gəlir və əmlaka sahib ailələri bir tərəzinin gözünə qoyan statistikaya nə deyəsən? Milli statiskamızın milli zənginlərimizə qarşı tarixi haqsızlığı...
Bütün hüquqlar qorunur © 2024