Təqvim
"AGBank” səhmlərini sata biləcəkmi?"
06 noyabr 2018 - 12:38

"AGBank" ASC kapital mövqeyini möhkəmləndirmək məqsədilə hər birinin nominal dəyəri 2 manat olan 5,8 mln. manat məbləğində səhmlərini satışa çıxarıb. 2,9 mln. ədəd adi səhmlərin emissiya müddəti 3 gündən sonra başa çatır.

Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı, qeyri-rezident investorlarda iştirak edə bilər.

Qeyd edək ki, "AGBank” ASC kapital tələbini ödəmək məqsədilə ilk dəfə deyil ki, səhm emissiya edir. Güman edilir ki, bank bu dəfə səhm satışında daha çox uğur qazana bilər, çünki Mərkəzi Bankın bu bankı dəstəkləmək üçün atdığı addımlar, demək olar ki "AGBank”ın bağlanması ilə bağlı formalaşan şaiyələri səngidib.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
ƏDƏBİYYAT

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə