Təqvim
Temperatur 3-5 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
05 noyabr 2018 - 12:59

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "BI"yə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 13-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 6-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 6-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Nazirlik hava şəraitinin dəyişməsi ilə əlaqədar xəbərdarlıq edib. Belə ki, Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşam, 06-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 07-si səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Sərxoş rahibi kilsədən qovdular 19:07, 21 mart 2023
Qarabağa görə mübahisə: 2 deputat cəzalandırıldı19:05, 21 mart 2023
Vətənpərvər şair Gülağa Tənhanın Azərbaycan xalqına BAYRAM TƏBRİKİ14:27, 21 mart 2023
Yüksək vəzifəli məmurlar saxlanıldılar 14:12, 21 mart 2023
Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq 10:46, 20 mart 2023
Gülağa Tənha "Ya Rəbbim"... (+VİDEO)10:39, 20 mart 2023
Mehriban Əliyevadan Novruz TƏBRİKİ 10:27, 20 mart 2023
Gülağa Tənha - şairin öz səsi ilə (+ViDEO)10:37, 19 mart 2023
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olublar +FOTO=9500:58, 19 mart 2023
Suqovuşanda inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyuldu +FOTO=500:44, 19 mart 2023
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda tam orta məktəbində yaradılan şəraitlə tanış olublar +FOTO=1000:36, 19 mart 2023
İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib +FOTO=600:26, 19 mart 2023
DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var10:46, 18 mart 2023
Məhkəmə Putinin həbsinə order verdi 10:30, 18 mart 2023
GÜLAĞA TƏNHA: KÖHNƏ ALBOMDAKI KÖHNƏ ŞƏKİLLƏR10:27, 18 mart 2023
Qarabağdakı sülhməramlılar arasında ölənlər var 14:21, 17 mart 2023
Şuşa ilə Serbiyanın Novi Pazar şəhəri qardaşlaşdı 14:07, 17 mart 2023
ALLAH adamı, vətənpərvər şair GÜLAĞA TƏNHA tərəfindən Masallı və Lənkəranda bayram sovqatı paylanılıb +FOTO=3013:52, 17 mart 2023
Bu ölkədə də "TikTok"dan istifadə qadağan ediləcək 13:25, 17 mart 2023
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var13:17, 17 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə