Təqvim
Dövlət bankının aktivləri artmağa başlayıb
01 noyabr 2018 - 16:26

Azərbaycanın dövlət bankı olan “Azər-Türk Bank” göstəricilərin əksəriyyətində müsbət dinamika göstərib. 

"BI" xəbər verir ki, 2018-ci ilin üçüncü rübündə bankın xalis mənfəəti illik müqayisədə 6,3% azalaraq 119 min manat olub. Halbuki, bank 2017-ci ilin yanvar-sentyabr ayını 128 min manat xalis mənfəətlə başa vurmuşdu.

“Azər-Türk Bank”ın faiz gəlirləri 12 milyon 722 min manat, faiz xərcləri 5 milyon 551 min manat olub. Və müqayisə üçün deyək ki, bankın yalnız faiz xərcində 1 milyona yaxın azalma var.

 Qeyri-faiz gəlirləri 5 milyon 338 min manat, qeyri-faiz xərcləri 13 milyon 678 min manat olub. Bank ehtiyatlara ayırmalarını 1 milyon 289 min manat həcmində dəyərləndirib. Dövlətə mənfəət vergisi isə ödəməyib.

“Azər-Türk Bank”ın 2018-ci ilin üçüncü rübündə  aktivləri illik müqayisədə 6,6% artaraq 314 milyon 813 min manat olub. Aktivlərin 153 milyon 415 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Bankın kredit portfeli 1 il ərzində 32,8% böyüyüb. Bankın nağd vəsaitləri və Mərkəzi Bankda müxbir hesabları illik müqayisədə 34,8% azalaraq 78 milyon 455 min manat olub.

 “Azər-Türk Bank”ın öhdəlikləri 8,1% artaraq 261 milyon 394 min manata çatıb. Müştərilərdən alınmış depozitlər isə illik müqayisədə 5,9% azalaraq 176 milyon 600 min manat təşkil edib. “Azər-Türk Bank”ın banklar və maliyyə müəssisələri qarşısında öhdəlikləri də yaranıb və bu 81 milyon 236 min manatdır. 

 “Azər-Türk Bank”ın balans kapitalı isə demək olar ki, dəyişməyərək 53,419 milyon manat təşkil edib.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
ƏDƏBİYYAT, KULİNARİYA

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə