Çapa göndər
Masallıda şəhid Ülvi Nüsrətbəylinin xatirəsi anılıb

14 fevral 2024 - 20:37

Masallıda şəhid Ülvi Nüsrətbəylinin xatirəsi anılıb

 

Masallı rayonunda 44 günlük Vətən müharibəsi şəhid əsgəri Ülvi Nüsrətbəylinin doğum günü ilə əlaqədar tədbir keçirilb.
Güllütəpə kənd tam orta məktəbində təşkil olunan anım tədbirində məktəbin müəllim və şagirdləri, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbir öncəsi respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Qədir Muxtarov, direktor müavini Rövşən Muxtarov, Vətən müharibəsi iştirakçısı Ceyhun Muxtarov şəhidin həyatından, keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışıblar.
Bildirilib ki, Nüsrətbəyli Ülvi Arif oğlu 1999-cu il fevralın 14-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2016-cı ildə Yeni Zuvand tam orta məktəbini, 2020-ci ildə Lənkəran Dövlət Universitetini bitirib. 
2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həmin il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Oktyabrın 13-də,  valideynlərinin doğulub boya-başa çatdığı Masallı rayonunun Yeni Zuvand kənd qəbristanlığında torpağa tapşırılıb.
Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və digər medallarla təltif edilib.
Subay idi.
Anım tədbirində məktəblilər vətənpərvərlik mövzusunda, eləcə də şəhidə həsr edilmiş şeirlər söyləyiblər.

 

Akif AĞAYEV