14 dekabr 2023 - 02:11
CAN VƏTƏN xəbər verir ki, bu barədə “EurAsianTimes” portalı yazıb.
Kompleks qrup və ya avtonom rejimdə eyni vaxtda bir neçə hədəfi vura bilir. Sistem daxili elektron əks tədbir imkanlarına malikdir. Bütün silah sistemi mobil platformalarda yerləşir.
"Akaş" 4-25 kilometr radiusda uçan helikopterləri, döyüş təyyarələrini və dronları vura bilir. Kompleks tam avtomatikdir, hədəfləri aşkar edir və məhv edir.
Bildirilir ki, "Akaş"ın Ermənistana ixracı nəzərdən keçirilir.
2022-ci ilin oktyabrında Ermənistanın Hindistandan pilotsuz uçuş aparatları, raket və artilleriya sistemləri sifariş etməsi barədə xəbərlər yayılıb.