11 dekabr 2023 - 17:55
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
Onunun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, ailələr arasında kiçik nişan mərasimi təşkil olunub.
"Azyaşlının valideynləri rayon Polis şöbəsinə və Kürdəmir rayon İcra Hakimiyyətinə dəvət edilərək profilaktik söhbət aparılıb və qanunvericiliyin tələbləri onların diqqətə çatdırılıb.
Daha sonra valideynlərin izahatları alınıb. Qeyd olunub ki, onlar etdikləri əməldən peşmandırlar və övladları 18 yaşına çatanadək nikah mərasimi baş tutmayacaq. Azyaşlı təhsilini davam etdirəcək. Hər iki ailə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılacaq".