Çapa göndər
Qarabağda itkin düşən separatçıların sayı AÇIQLANDI

31 oktyabr 2023 - 20:31

Qarabağda itkin düşən separatçıların sayı AÇIQLANDI

Ermənistanın İstintaq Komitəsi Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi 19-20 sentyabr tarixli antiterror tədbirləri zamanı itkin düşənlərin sayını açıqlayıb.

CAN VƏTƏN Ermənistan KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, antiterror tədbirlərindən sonra təxminən 30 hərbçi və 12 mülki şəxs itkin düşmüş hesab olunur.
Xatırladaq ki, bundan öncə açıqlanan məlumatda antiterror tədbirləri nəticəsində 200-dən çox separatçı hərbçinin öldüyü bildirilmişdi.