Çapa göndər
Azad edilən ərazilər narkotik tranziti üçün istifadə olunurdu - DİN rəsmisi

06 oktyabr 2023 - 11:01

Azad edilən ərazilər narkotik tranziti üçün istifadə olunurdu - DİN rəsmisi

"İşğaldan azad olunan ərazilər narkotik tranziti üçün istifadə olunurdu".

CAN VƏTƏN xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Hazırda ekspertizalar davam edir. Ekspertizanın nəticələrindən sonra bir çox məqamlara aydınlıq gələcək. Narkotik plantasiyalarındakı ən diqqətçəkən məqamlardan biri ərazidə gözətçi məntəqəsinin olmasıdır. Bununla terrorçular ərazini müşahidə edirdilər", - o vurğulayıb.