30 sentyabr 2023 - 15:50
CAN VƏTƏN xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
O deyib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa erməni işğalına məruz qalsa da, tarixi abidələr dağıdılsa da, şəhərin əsas şablonu, landşaftı olduğu kimi qalıb. Bunları nəzərə alaraq, şəhərin Baş planı tərtib edilib.
“Biz Şuşada tarixi binaları və fərdi evləri bərpa edəcəyik. Şuşada 200-ə qədər tarixi və mədəni abidə mövcuddur. Onların bir hissəsi ermənilər tərəfindən dağıdılıb. İndiyə qədər 15 tarixi abidə bərpa edilib və dörd abidənin bərpası istiqamətində işlər apaılır”, - deyə o, bildirib.