Çapa göndər
Gülağa Tənha: VƏTƏN DAŞLARI

21 sentyabr 2023 - 19:23

 

Gülağa Tənha:

VƏTƏN DAŞLARI

 

 

Qənim kəsilərik günün birində,
Yalanla, fitnəylə baş qatanlara,
Vətəndə Vətəndaş olmaq yerinə
Millətin yoluna daş atanlara.

 

Başımız üstündə Tanrının səsi:
Kükrəsin çeşmələr, çalxansın dəniz!,
Qar qara torpağı ağartdığıtək,
Ağarsın Şuşada qara üzümüz!

 

Şəri boğazından çəkərək dara,
Qurudar gözlərdən axan yaşları,
Bir-bir sarmanaraq al sabahlara
Qalalar hörəcək vətən daşları.

 

Hər qala bir yeni qələbə himni,
Hər qala bir ümid çeşməsi, odu,
Gələcək nəsillər zülmün qənimi,
Sayacaq, bugünkü vətəndaşları…