Çapa göndər
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı

21 sentyabr 2023 - 11:33

Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı

Ötən gün Qarabağda Rusiya sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 5 hərbçinin ölümünə görə Azərbaycan Ordusunun korpus komandiri işdən çıxarılıb.

CAN VƏTƏN saytı Musavat.com-a istinadən xəbər verir ki, vəzifəsindən azad edilən şəxs 1-ci Ordu Korpusunun (Bərdə Korpusu - red.) komandiri Qiyas Abbasovdur.

Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.

Q. Abbasovun 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.
Qeyd edək ki,  Abbasov Qiyas Abbas oğlu 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub. Vətən müharibəsindən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın alınması uğrunda” və “Zəngilanın alınması uğrunda” medalları ilə təltif edilib.

O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci Korpusa komandir təyin olunub. Daha əvvəl isə 3-cü Ordu Korpusunun komandir müavini vəzifəsində çalışıb. 

Q.Abbasov 1-ci Korpusa komandir təyin edilərkən polkovnik rütbəsində olub. Onun general-mayor Hikmət Həsənova yaxın hərbi kadr olduğu qeyd edilir.