22 iyul 2023 - 22:21
Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə kuboku yarışlarına yekun vurulub.
Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu həvəskar komandalar arasında ölkə kubokunun sahibi olub.
Final qarşılaşması, iyulun 22-də Bakı şəhərindəki “ASKO Arena” stadionunda baş tutub. “Topçular” (Bakı) futbol klubu ilə görüş maraqlı anlarla yadda qalıb.
Oyunun əsas hissəsi hissəsi 5:5 hesabı ilə yekunlaşsa da Masallı idmançıları əlavə vaxtda önə çıxmağı bacarıblar. Rəqib komanda üzərində inamlı qələbə (7:5) çalan “Ərkivan” (Masallı) FK ölkə kubokunu qazanıb.
Akif AĞAYEV