Çapa göndər
HƏLƏ SƏN MƏNİ - Gülağa Tənha deyir

15 iyul 2023 - 11:14

Gülağa Tənha: HƏLƏ SƏN MƏNİ

 

Məzarım üstündə düşüncələr

 

Dərgaha aparan uzun yol verdin,
Sevinci az verdin, dərdi bol verdin,
Yağı çox, döyüşə iki qol verdin,
Öldürmə, Allahım, hələ sən məni.

 

Ağrıdan el-oba qapqara geyir,
Sevinc gendə qalıb, kin qəlbi yeyir,
Qarabağ dardadı, «Gəl qurtar!» – deyir,
Öldürmə, Allahım, hələ sən məni.

 

Şuşada nişanım, toyum qalıbdı,
İntiqam almağa soyum qalıbdı,
Bir qazi qəbrinə boyum qalıbdı,
Öldürmə, Allahım, hələ sən mə