01 noyabr 2021 - 17:56
Argentina 3 liqasında keçirilən “Hurakan Las Heras” – “Ferro Karril Oeste” matçında qonaq komandanın baş məşqçisi Maurisio Romero silahla çiynindən vurulub.
Hadisə tribunalarda yaşanan gərginlikdən sonra baş verib.
Silahlı hücuma məruz qalan məşqçinin vəziyyətinin yaxşı olduğu bildirilib.
Qarşılaşma insident səbəbindən 79-cu dəqiqədə dayandırılıb.