Çapa göndər
SOCAR, Hollandiya şirkətinin aktivlərini alır

17 oktyabr 2018 - 16:29

Hollandiyanın “APM Terminals” şirkəti Türkiyədəki “APM Terminalleri Liman Isletmeciligi A.S.”in yeganə aktivinin SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) satılması ilə bağlı razılığa gəlib. Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Bİ.az xəbər verir ki, razılaşmaya əsasən, “SOCAR Turkiye Enerji” “APM Terminalleri Liman Isletmeciligi A.S.”nin səhmlərinin 100%-nə sahib olacaq.

"Sövdələşmə Türkiyənin tənzimləyici orqanları tərəfindən qəbul edilməlidir və yaxın aylarda başa çatacağı gözlənilir”, - deyə “APM Terminals”ın məlumatında qeyd olunur.

Sövdələşmənin dəyəri açıqlanmır.

“"APM Terminals” “Petlim Container Terminal” adlanacaq terminalın idarəçiliyini davam etdirəcək. Hesab edirik ki, SOCAR həm ən üstün təhlükəsizlik standartlarına, həm də bu rayonda yanalma körpülərinin ən yüksək məhsuldarlığına malik olan terminalı bundan sonra da inkişaf etdirəcək", - deyə “APM Terminals”ın məlumatında bildirilir.*