Çapa göndər
Məscidin yaxınlığında asılmış meyit tapıldı

18 oktyabr 2021 - 17:01

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsində yerləşən məscidin yaxınlığında zeytun ağacından asılmış kişi meyiti tapılıb.

İlkin araşdırmalar zamanı meyitin Qasımv Fərəc Böyükxan oğluna məxsus olduğu müəyyənləşib.

Onun özünü ağacdan asaraq intihar etdiyi müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.