Çapa göndər
Ramiz Göyüşov YAP-dan çıxarılacaq

10 sentyabr 2021 - 11:09

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Toplantıda bütün rayon təşkilatlarına sədrlər seçiləcək.

Bundan əlavə, YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə də baxılacaq.

Qeyd edək ki, bir neçə gün öncə internet resurslarında R.Göyüşovun intim videosu yayılıb.