05 sentyabr 2020 - 14:27
“Bu o deməkdir ki, cənab Prezident müşavirədə desin ki, Gömrük Komitəsi daha çox vergi toplayıb. Sizin döşünüzə bir medal taxsınlar, vəzifənizi böyütsünlər”.
Azpress.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin müzakirəyə səbəb olan, ictimai qınaqla qarşılanan qərarına münasibət bildirən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Razi Nurullayev istehza ilə bildirib ki, gömrük komitəsinin gətirdiyi arqumentlər o qədər sağlam və cəlbedicidir ki, adam istəyir, Səfər müəllimə heykəl qoysun:
“Deyir ki, "biz Avropa İttifaqı ölkələrində olduğu kimi, şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizm hazırlanmasını təklif edirik". Səfər müəllim siz zəhmət olmasa birinci Azərbaycan xalqına Avropa İttifaqında olduğu kimi yaşayış, əmək haqqı, səhiyyə, təhsil və sosial hüquqlar təmin edin və sonra onlara oxşamağa çalışın.
1500 dollarlıq aylıq limit 800 dollara, poçt xidmətləri ilə birdəfəlik sifarişi 1000 dollardan 300 dollara endirmisiniz.
Səhv etmirəmsə, 2014-cü ildə Prezident sərəncam verdi və ölkəyə gətirilən məhsulların məbləği 10,000 manata qaldırıldı. Hamı bayram etdi ki, dolanışıq olacaq. Üstündən iki ay keçməmiş, manatı sizin kimi düşüncə sahibləri məhv etdi. Oğurluqlar milyardlarla ölüçülürdü və nəticədə manat can verdi. Məcburən iki ay öncə verilmiş Prezident sərəncamı dəyişdirldi. İnsanların ümidi qırıldı, gələcəyə inamı öldü. Siz isə ağır vəziyyəti daha da ağırlaşdırısınız, köhnə yaranı, didib qan çıxarırsınız. Nədir, xalqa qənim kəsilmisiniz?”
“Camaatın başı xarab olub ki, gedib İrandan, Türkiyədən, Gürcüstandan və Rusiyadan ərzaq alır, maşın alır, digər ehtiyacları olan məhsul və avadanlıqları alıb gətirir?” deyə deyə komitə sədrinə sual ünvanlayan deputat bildirib ki, əgər o, öz ölkəsində onları ucuz ala bilsəydi, dolanışığı olsaydı, niyə sərhədlərdə növbəyə dayanıb, gömrük işçiləri ilə sözləşə-sözləşə, şəxsiyyətini, ləyaqətini alçalda-alçalda mal gətirməz:
“Sən ona ləyaqətli yaşayış təmin et, o gedib sərhədlərdə növbəyə dayanmayacaq. Sizin və sizin kimi düşünənlərin məqsədi ölkədə narazılıqları artırmaqdır, insanları narazı salmaqdır.
Məşhur anekdotda deyildiyi kimi, "...mal həmin maldır, amma sənəd-sünəd işi çoxalıb". Kim 15 telefon gətirirdisə, yenə də 15 telefon gətirəcək. Əvvəl özünün və həyat yoldaşının adına rəsmiləşdirirdi, indi 15 nəfər qohum-əqrabasının adına sənədləşdirəcək. Yəni sənəd-sünəd işi artıb Səfər müəllim”.
“Haradan işıq gəlir, ora barmağ dürtürsünüz” deyən deputat, Norveçdə siqaret çox bahadır, Norveçlilər də gedib qonşu ölkələrdən alırlar deyə bildirib:
“İndi qanunsevər, demokratik Norveç sərhədlərdə gestapo yaratsın ki, norveçlilər siqaret alıb gətirə bilməsinlər? Onların ağlına gəlməz, çünki onlar vətəndaşı düşünürlər, sizlər isə ancaq özünüzü, karyeranızı.
Bu o deməkdir ki, cənab Prezident müşavirədə desin ki, Gömrük Komitəsi daha çox vergi toplayıb. Sizin döşünüzə bir medal taxsınlar, vəzifənizi böyütsünlər. Ay qardaş, ay dostum, əzizim, iki gözüm, Prezident demir e, gedin camaat üçün gələn işıq yerlərini qapadın, onu daha da kasıblaşdırıb, büdcəni doldurun, pul qazanmağa qoymayın, qazandığını da müxtəlif əndrabadi qanunlarla tutub əlindən alıb narazı salın. Siz niyə hər şeyi tərsinə başa düşürsünüz? Çünki, sizə elə sərf edir, ancaq bu!
“Başqa ölkələri niyə misal çəkirsiniz? Onda vətəndaşlar da desin ki, o ölkələrdə səhiyyə pulsuzdur, 50,000-70,000 manatlıq cərrahi əməliyyatlar pulsuzdur, kredit alanda rüşvət vermirlər, mal keçirəndə əziyyət çəkmirlər, vəzifəyə qohum-əqrabalarını dartıb gətirmirlər, 1000 manat maaş alıb, 300,000 minlik maşın sürmürlər, 2000 manat maaş alıb, 15 milyonluq ev almırlar, əmək haqqı ilə zavod, fabrik sahibi olmurlar, evlərində qızıldan, gümüşdən tökülmüş unitaza oturmurlar. Siz kimə moizə oxuyursunuz? Bəsdirin, siz Allah!”
Deputat sonda qətiyyətlə bildirib ki, qərar ləğv edilməlidir: