Çapa göndər
Azərbaycanlı rejissorun 3 filmi Italiyada bir gündə 3 mükafata layiq görüldü (+FOTOLAR)

22 iyul 2019 - 19:35

Canveten.az xəbər verir ki, “bu gün mənim üçün çox sevindirici bir hadisə baş verdi, İtalya beynəlxalq film festivalında bir gündə 3 filmim mükafata layiq görüldü”. 

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.

Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmi növbəti uğurunu İtaliyada “Under The Stars International Film Festival”da qazandı. Film “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafata  layiq  görüldü. Bundan əlavə, “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri “Ən yaxşı sənədli film” kateqoriyasına seçildilər.

 Bir il ərzində saysız-hesabsız mükafatlar qazanıb, müxtəlif nüfuzlu film festivallarının qalibi olan “Şollerin arxivi” bədii filmi əsəri Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib, ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq, göstərmək üçün çəkilib və buna da nail olmuşuq.

 Yanvarın 25-də Nizami Kino Mərkəzində İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının açılışında mətbuat konfransı keçirilib. Mətbuat konfransında festivalın sədri, italiyalı aktyor Remo Girone iki ölkə arasında mədəni əlaqələrdən danışaraq bildirib ki, Azərbaycan filmlərini izləməmişəm, tanımıram, festivallarda rastlaşmamışam. Mən sonra  festivalın sədri, italiyalı aktyor Remo Girone ilə görüşdüm, istehsal etdiyim "Şollerin arxivi" bədii filminin İtaliyanın “Social Machinery Film Festival”da 14.07.2018 tarixində qalib olduğunu bildirdim. Festivalın sədri Joseph Caristena filmə baxdıqdan sonra bizimlə  bugünə əlaqə saxlayır, internet üzrəindən danışıqlarımız olur. (info@exeform.it ) Joseph Azərbaycanla bağlı çoxlu suallar verir, maraqlanır. 

 Mən mətbuat konfransından sonra İtalya festivallarına filmlərimi göndərməyə başladım və istehsal etdiyim filmlər İtaliyada uğur qazanmağa başladı. Məsələn, “Cefalù film festival”da 2019-cu ildə iki filmim uğur qazandı.

"Şollerin arxivi" filmi dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud produserləri ilə əlaqə məkanı olan iPitch.tv platformalarında yerləşdirilib. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.  

Biz kommersiya məqsədi ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün fimləri çəkdik, və məqsədimizə nail də oluruq. Dövlət dəstəyi olsa biz daha da geniş mükafatlar əldə edərik.  

 Cəlaləddin Qasımov deyib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibəti ilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multicultural dəyərlərindən bəhs edir.

Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multicultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.