Çapa göndər
Meyvə ağaclarına qulluq göstərilməsi ilə bağlı sualları ETSN-nin mütəxəssisi Gülnarə Məmmədova cavablandırıb

27 fevral 2019 - 18:08

Canveten.az xəbər verir ki, meyvə ağaclarına qulluq göstərilməsi ilə bağlı sualları ETSN-nin mütəxəssisi Gülnarə Məmmədova cavablandırıb.

 

Meyvə sortları nə vaxt əkilir?                                                            

Meyvətinglərinin əsasən noyabrda, yarpaq töküləndən (vegetasiya dövrü dayandıqdan) sonra əkilməsi məsləhətdir. Payız mövsümündə əkilən ağaclar daha yaxşı inkişaf edir.       

 

Meyvə ağaclarına necə qulluq göstərilməlidir?                            

Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdənin əhənglə rənglənməsi məsləhətdir.Bu, onu həşəratlardanvəgünəş şüalarından qoruyur. Belə ki, gündüz gövdə günəş şüasından qızır, axşam isə soyuyur, nəticədə gövdədə çatlar əmələ gəlir. Həmin yerlərdəhəşəratlar yumurta qoyaraq çoxalır və ağac zəifləyərək ömrü azalır. Ona görə əhənglənməsi zəruridir.Gövdə qabığı qalın olan ağacların isə əvvəlcə üst qabığı təmizlənməlidir. Sonra kül və təsərrüfatsabunu qarışığından məhlul(5qr sabun və 250 qr kül) hazırlanmalı və1litr isti suda həlledilməlidir. Gövdə soyuq halda olanməhlulla dezinfeksiya edilir,daha sonra əhəng ilə ağardılır.Meyvə bağlarına qulluq mart ayında aparılmaldır, gövdə ətrafı çox dərin olmadan yumşaldılmalıdır və cərgə araları şumlanmalıdır. Payız mövsümündə ağaclara üzvü və mineral (fosfor və kalium ) gübrələr verilməlidir.  Ağaclar bar verdikdən sonra zəifləyir.Ona görə payız mövsümündə üzvü və gübrələri verdikdən sonra  suvarmaq lazımdır. Azot gübrəsi isə ancaq yazda verilir.                                                            

 

Meyvə ağaclarının calaq edilməsi ilə bağlı tövsiyələriniz...                  

Meyvə ağacları növlərindən asılı olaraq may, avqust və sentyabr aylarında calaq edilir. Calaq mütləq işi bilən mütəxəssis tərəfindən aparılmalıdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )