Çapa göndər
Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə əlavə canlı qüvvə cəlb etdi

13 dekabr 2022 - 19:46

Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə cəlb edib.

 

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə keçirilən aksiya davam edir. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

 

Məlumat üçün bildirək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.