25 oktyabr 2018 - 15:18
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı.
"Bİ" xəbər verir ki, Mərkəzi Bank faizi dəyişdirməyib və 24%-də saxlayıb.
Analitiklər də faizin dəyişdiriləcəyini gözləmirdilər.
Qərardan sonra Dollar/TL məzənnəsi kəskin dəyişməyib. Bakı vaxtı ilə saat 15:10-da məzənnə 0,7% azalma ilə 5.6702 səviyyəsində olub.