Təqvim
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans
15 iyun 2024 - 13:39

“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 

 

Masallıda 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə “Azərbaycanın zəfər tarixi” mövzusunda konfrans keçirilib.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq- mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqall və ziyalılar iştirak ediblər.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad olunub.
Masallı şəhər Heydər Əliyev Mərkəzindəki konfrans Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov geniş məruzəsində Ümummilli Lider, dahi şəxsiyyətin respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən dahi insan Heydər Əliyevin xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasının heç də təsadüfi olmaması barədə danışıb. 
Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Mehtiyev, Yeni Azərbaycan Partiyasının fəal gənci Aytən Əliyeva, I və II Qarabağ Müharibəsi iştirakçısı, polkovnik Həbib Həbibov, RİHB-nın Boradigah qəsəbə üzrə İƏD üzrə nümayəndəsi Racim Əsgərov çıxışlarında bildiriblər ki, Ümummilli Lider ölkənin ictimai-siyasi, sosial-iqdisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı: “1994-cü ilin may ayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Bu illərdə Heydər Əliyevin gərgin zəhməti, əzmi və siyasi iradəsi sayəsində miqyasına görə görünməmiş səviyyədə nəhəng layihələr həyata keçirildi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin inkişafı tarixində yeni bir mərhələnin əsasını qoydu. Dövlətçilik ideologiyası – Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir...”
Konfransı yekunlaşdıran rayon rəhbəri qeyd edib ki, müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi: “30 ilə yaxın düşmən tapdağında qalan həmin ərazilərimiz bu gün tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir. Azərbaycanı daim irəliyə aparan milli ruh, vətənpərvərlik hissi, torpaq, Vətən sevgisi 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən başlıca amil oldu.
Bu Qələbənin müəllifi 15 iyun 1993-cü il tarixini Milli Qurtuluş Günü kimi əbədiləşdirən, Azərbaycanın müstəqilliyinin sarsılmazlığını təmin edən, xalqımızın xilaskarı, Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevdir. Dövlətimizin başçısı Zəfərimizin baş memarı və əsas hərəkətverici qüvvəsi olmaqla Azərbaycan tarixinə adını qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı. 
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Milli Qurtuluş Gününü tarixi Zəfərimizlə qeyd etmək xoşbəxtliyini xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, belə güclü, qüdrətli ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirdiyini bildirir, ölkə Prezidentinin ətrafında sıx birləşməklə Qarabağımızı cənnətməkana çevirmək üçün səylərini birləşdirir. Tarixi Zəfərinə yol açan Milli Qurtuluş Günün mübarək, Azərbaycan!” 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə