Prezident Masallı voleybol məktəbinin yetirməsini mükafatlandırıb Respublika Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Məlumat üçün bildirək ki, Calalov Fərid Yasər oğlu 04 fevral 1987-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində ziyalı ailəsində anadan olub. 2004-cü ildə Ərkivan qəsəbə 2 saylı tam orta məktəbini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Unveristetinin “Maliyyə-Kredit” fakültəsini bitirib. 2005-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. 11 yaşında “Kinkboks” və “Taekvondo”, 13 yaşından isə voleybol idman növü ilə məşğul olmağa başlayıb. Həmin ildə Masallının gənclərdən ibarət yığma komandasına, 2000-ci ildə Azərbaycanın gənclərdən ibarət milli komandasına dəvət alıb, 2004-cü ilə qədər gənclərdən ibarət yığmanın kapitanı olub. 5 il ardıcıl gənclərdən ibarət Millinin və Masallının gənclərdən ibarət komandasında Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Azərbaycanın kişilərdən ibarət yığma komandasına dəvət alıb, 10 il bu komandanın kapitanı olub. 2007-ci ilin mayında Avropanın Çempionlar liqasının qalibi olub, Almaniya Federasiyasının “Fridrixsafeu” voleybol klubu ilə müqavilə bağlayıb (2007-2008). 2008-ci ilin mayında Quba rayonunda keçirilən kişilərin Avropa təsnifat mərhələsində ilk dəfə olaraq kişilərdən ibarət yığma komandamız Avropa təsnifat oyunlarının finalına qədər yüksəlib. Ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan Fərid Calalovu təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq. Akif AĞAYEV
Təltif olunanlar sırasında Masallı voleybol məktəbinin yetirməsi, hazırda voleybol üzrə kişilərdən ibarət ölkə yığmasının və “Murov” voleybol komandasının baş məşqçisi Fərid Calalov da yer alıb. O, mənzillə təmin edilib.
Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.
Azərbaycan-Albaniya oyununda zədə aldıqdan sonra karyerasına bir müddət ara verib. Sonradan Türkiyənin “Sivasspor” voleybol klubunda çıxış edib (2010-2011), Türkiyə çempionatının qalibi adını qazanıb. 2015-ci il I Avropa Oyunlarından sonra 28 yaşında oyunçu karyerasına son qoyub. Həmin ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən Azərbaycanın kişilərdən ibarət milli komandasına baş məşqçi təyin edilib və ölkə yığması 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının gümüş medalına sahib olub. "Lokomotiv" voleybol klubuna rəhbərliyi dövründə (2016-2019) klub 3 il dalbadal respublika çempionu adını qazanıb. 2017-2018-ci il mövsümündə Azərbaycanın kişi voleybol tarixində ilk dəfə olaraq "Lokomotiv" Avropanın "Chelleuge Cup" turnirində 1/8 final mərhələsinə qədər irəliləyib.
2019-2020-ci ildə “Murov” voleybol klubuna dəvət alıb, sezonu çempionluqla başa vurub.
Fərid Calalov Avropa Çempionlar liqasında Azərbaycanın kişi voleybolunu təmsil edən yeganə voleybolçudur.
Bütün hüquqlar qorunur © 2024