Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. "Azyaşlının valideynləri rayon Polis şöbəsinə və Kürdəmir rayon İcra Hakimiyyətinə dəvət edilərək profilaktik söhbət aparılıb və qanunvericiliyin tələbləri onların diqqətə çatdırılıb. Daha sonra valideynlərin izahatları alınıb. Qeyd olunub ki, onlar etdikləri əməldən peşmandırlar və övladları 18 yaşına çatanadək nikah mərasimi baş tutmayacaq. Azyaşlı təhsilini davam etdirəcək. Hər iki ailə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılacaq".Kürdəmirdə nişanlanan yeniyetmə qız nəzarətdə saxlanılacaq - Dövlət Komitəsi
"Kürdəmir rayonunda 8-ci sinif şagirdinin nişan mərasimi görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı Dövlət Komitəsinə daxil olan məlumat dərhal Kürdəmir rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, eləcə də rayon Polis şöbəsinə göndərilib və faktın araşdırılmasına başlanılıb".
Onunun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, ailələr arasında kiçik nişan mərasimi təşkil olunub.
Bütün hüquqlar qorunur © 2024