Təqvim
İlham Əliyevin səfəri Serbiya mətbuatında - FOTO
10 dekabr 2023 - 22:40

İlham Əliyevin səfəri Serbiya mətbuatında - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri və Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirakı bu ölkənin nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Modern.az xəbər verir ki, “Tanjug”, “RTV”, “Novosti”, “Politika”, “Pravda”, “b92”, “NSPM”, “Vesti”, “PRVA” kimi informasiya agentlikləri və xəbər portallarında dərc edilən yazılarda Prezident İlham Əliyevin açılış mərasimdəki çıxışından sitatlara yer verilib. Azərbaycan Prezidentinin interkonnektorun istifadəyə verilməsinin Serbiya sənayesinin inkişafına, o cümlədən təkcə Serbiyanın deyil, həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini vurğuladığı qeyd olunur.

Prezident İlham Əliyevin bugünkü açılış mərasimini dostluq və strateji tərəfdaşlıq mərasimi adlandırdığı, Serbiyanın Azərbaycan təbii qazı alacaq doqquzuncu ölkə olacağını qeyd etdiyi bildirilir.

Məqalələrdə Serbiya-Azərbaycan əlaqələrinin sürətlə və dinamik şəkildə inkişaf etdiyi, iki ölkənin strateji tərəfdaş olduğu qeyd olunur. Layihənin Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyi xüsusi vurğulanır.

Bildirilir ki, Serbiya tərəfinin “Bulgartransgaz” şirkəti ilə imzaladığı saziş çərçivəsində gələn ildən 2026-cı ilədək Azərbaycandan illik 400 milyon kubmetrədək qazın bu ölkəyə tədarükü nəzərdə tutulur. 2027-ci ildən sonra isə bu həcm üç dəfəyə qədər arta bilər.

İnterkonnektor Serbiyanın Avropanın təbii qaz xəritəsindəki mövqeyini gücləndirəcək. Boru kəməri Azərbaycandan və Xəzər regionundan təbii qazın Mərkəzi Avropa ölkələrinə tranzitinə imkan yaradır.

Serbiyanın Niş və Dimitrovqrad şəhərləri arasında 109 kilometr uzunluğunda yeni qaz kəmərinin tikintisi bir il çəkib. Serbiya-Bolqarıstan interkonnektorunun ümumi uzunluğu isə 170 kilometrdir və Sofiya yaxınlığındakı Novi İskar şəhərinədək davam edir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR, QHT
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə