Dostum zəng elədi soruşdu məndən: Moskva, 28.12.1989 GÖNDƏR AZƏRBAYCANI
Gülağa Tənha yazır
–Söylə nə göndərim sənə Vətəndən?
Dedim ki, cənnətə dönsə bu məkan,
Kiminə ocaqdı, mənə qürbətdi.
Vətəndən uzaqda məni yaşadan
Yurda məhəbbətdi.
İstərəm elimin Günəşini mən,
İsitsin hər zaman mərd ürəyimi.
İstərəm dağların saf havasını,
Yuyum, təmizləyim min diləyimi.
Göndər obamızın şah palıdını,
Göylərə baş çəkən xan çinarını –
Bu qürbət diyarda dayağım olsun.
Göndər aşıqların telli sazını –
Evimə xoş səsi, sədası dolsun...
Saydıqca qurtarmaz istəyim, kamım,
Ana Vətənimin bənzəri hanı?
Ey dostum, göndərə bilirsən əgər,
Göndər bu diyara Azərbaycanı!
Bütün hüquqlar qorunur © 2024