Təqvim
Türkiyənin gücü bizim gücümüzdür - Prezidentin köməkçisi
17 avqust 2023 - 21:37

Türkiyənin gücü bizim gücümüzdür - Prezidentin köməkçisi

"Türkiyə bizim qardaşımız, onun gücü bizim gücümüzdür. Hər zaman bir millət, iki dövlətik. Türkiyənin diqqət və qayğısını hər zaman yanımızda hiss edirik. Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır".

CAN VƏTƏN xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığı davam etdirilər.

Prezidentin köməkçisi Laçın yolunda erməni təxribatından Türkiyə tərəfinin də məlumatlı olduğunu qeyd edib.

"“Xarici işlər naziri Hakan Fidan bu mövzuda çox gözəl açıqlama verdi, qardaş Türkiyənin bu məsələdə hər zaman dəstəyini görmüşük. Ermənistan bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarıb. BMT 25 il Qarabağdan danışmırdı, indi ermənilərin manipulyasiyası və dezinformasiyası ilə bağlı məsələləri gündəmə gətirib. Azərbaycanın Təhlükəsizlik Şurasının toplantısında deyəcəyi daha çox sözlər var, Türkiyə də bölgə dövləti olaraq bu toplantıda iştirak edəcək. Azərbaycan və Türkiyə haqlı mövqelərini bir daha ortaya qoyacaqlar”.

Laçın yolunda erməni təxribatı barədə danışan H.Hacıyev Bərdə-Ağdam dəmir yolu və avtomobil yolunun tikintisi barədə məlumat verib:

"Orada bir yol yox idi. Onlar yolu da məhv etmişdilər. Sovetlər dövründə bu yol nəqliyyat baxımından ən sərfəli yol kimi istifadə edilirdi. Çünki burada nəqliyyat xərcləri də aşağı idi. Qarabağ erməniləri üçün lazım olan vəsaitin daşınması bu yolla mümkündür. Onlar da bu yoldan istifadə edərək Azərbaycan bazarlarına öz məhsullarını çıxara biləcəklər. Amma onlar bu yoldan istifadə etmək əvəzinə, maneələr yaratmaqla məşğuldurlar. Bundan siyasi təbliğat vasitəsi kimi istifadə edirlər".

H.Hacıyev bildirib ki, bu məsələdə reinteqrasiyadan başqa yol yoxdur:

"Bu, sosial, siyasi və iqtisadi cəhətdən inteqrasiya nöqtəsi sayılır. Təəssüf ki, onlar bundan imtina edərək maneələr yaradırlar. Bu yola paralel olaraq dəmir yolları da keçir. Bunlar əslində Qarabağ ermənilərinin həyat tərzini yaxşılaşdırmaq, problemin siyasi yolla həllinə nail olmaqdır, daha yaxşı imkanlar deməkdir".

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
Akif AĞAYEV: Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib 10:30, 20 sentyabr 2023
Ərdoğan BMT-də Qarabağdan DANIŞDI: Heç bir status qəbul edilməyəcək 23:34, 19 sentyabr 2023
Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT 23:22, 19 sentyabr 2023
İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - Yaralılar var 23:19, 19 sentyabr 2023
Erməni silahlı qüvvələrinin təmas xətti YARILIB 22:25, 19 sentyabr 2023
Müdafiə Nazirliyinin növbəti BRİFİNQİ - VİDEO20:49, 19 sentyabr 2023
Spiker G77+Çin Sammitində çıxış etdi 07:28, 17 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə