Təqvim
BMT önündə soydaşlarımıza qarşı təxribat törədən erməni həbs edildi - FOTO
17 avqust 2023 - 12:34

BMT önündə soydaşlarımıza qarşı təxribat törədən erməni həbs edildi - FOTO

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclası keçirilib. İclas Ermənistanın tələbi ilə baş tutub. ABŞ-dakı Azərbaycan diasporunun fəalları BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı önündə aksiya keçiriblər.

CAN VƏTƏN xəbər verir ki, dinc aksiya BMT-nin qarşısındakı "Ralph Bunche" parkında baş tutub.

Soydaşlarımız Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz edib. Aksiya iştirakçıları şüarlar səsləndirib, BMT-ni ədalətli qərar qəbul etməyə çağırıb.

Aksiya zamanı ermənilər həmvətənlərimizə qarşı təxribat törədib. Təxribatçılar plakatlar və qondarma qurumun "bayraqları" ilə azərbaycanlılara hücum edib, tərəflər arasında qarşıdurma yaşanıb.

Nyu-York polisi aksiyanın keçirildiyi əraziyə gəlib. Polis həmvətənlərimizə hücüm edən Cobanyan Sulyanı hadisə yerində həbs edib. Özünü BMT-nin əməkdaşı kimi təqdim edən digər erməni isə polis bölməsinə aparılıb.

Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. "Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir", - bəyanatda deyilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
Akif AĞAYEV: Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib 10:30, 20 sentyabr 2023
Ərdoğan BMT-də Qarabağdan DANIŞDI: Heç bir status qəbul edilməyəcək 23:34, 19 sentyabr 2023
Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT 23:22, 19 sentyabr 2023
İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - Yaralılar var 23:19, 19 sentyabr 2023
Erməni silahlı qüvvələrinin təmas xətti YARILIB 22:25, 19 sentyabr 2023
Müdafiə Nazirliyinin növbəti BRİFİNQİ - VİDEO20:49, 19 sentyabr 2023
Spiker G77+Çin Sammitində çıxış etdi 07:28, 17 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə