Gələn ilin dövlət büdcəsindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) ayrılacaq vəsait artırılır. "Bİ" xəbər verir ki, 2019-cu ilin büdcəsindən agentliyə 10 milyon 201 min 599 manat ayrılması planlaşdırılır. Bu məbləğ 2018-ci ildəki vəsaitdən 8 696 465 manat çoxdur. Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.
Bütün hüquqlar qorunur © 2023