Təqvim
Masallıda “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib
15 iyul 2023 - 10:54

Masallıda “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib
 
Masallı şəhər Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, idarə və müəssisə rəhbərləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər. 
Əvvəlcə Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixini ölkəmizi tərəqqiyə aparan yolun başlanğıc günü kimi dəyərləndirib və bu əlamətdar tarixi hadisənin böyük ictimai-siyasi əhəmiyyətindən bəhs edib. O, bildirib ki, sovet dönəmində milli maraqlara uyğun fəaliyyətlərin böyük çətinlikləri və həyati riskləri fonunda o zaman respublikamızda hökm sürən ağır tənəzzül şəraitinə baxmayaraq, qısa müddət ərzində sosial, iqtisadi və mədəni yüksəlişin əldə edilməsi, milli özünüdərkin oyanması və milli intibaha nail olunması məhz Heydər Əliyev dühasının nəticəsidir. Qeyd edilib ki, rəhbərliyinin bütün dövrlərində dünya şöhrətli siyasətçi Heydər Əliyevin titanik fəaliyyətinin nəticələri müasir Azərbaycanın hərtərəfli inkişafında və qüdrətlənməsində müstəsna rol oynayıb.
Binə Xocavar kənd tam orta məktəbinin müəllimi Ülvi Rufullayev, Qızılavar kənd ərazi partiya təşkilatının sədr müavini Lətifə Qənbərzadə, Masallı RİHB-nın Türkoba kənd İƏD üzrə nümayəndəsi Leyla Əzizova, “Masallı ziyalıları” İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev və başqaları çıxışlarında dahi şəxsiyyətin zəngin irsinin davamlı öyrənilməsi və təbliğinin önəmini diqqətə çatdıraraq, Ulu Öndər Heydər Əliyevin birinci siyasi hakimiyyəti dövründə Azərbaycanda ictimai həyatın bütün sahələrində baş verən əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişikliklərindən, həyata keçirilmiş kompleks və sistemli islahatlardan, milli müstəqilliyimizə hədəflənən uzaqgörən və cəsarətli addımlardan bəhs ediblər.
Tədbiri yekunlaşdıran Masallı RİH başçısı Araz Əhmədov qeyd edib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var...
 
Akif AĞAYEV
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
Əmək pensiyalarının hesablanması qaydası DƏYİŞDİ 12:56, 22 noyabr 2023
Əskik və artıq ödənilmiş pensiyalar necə əvəz ediləcək... 11:36, 22 noyabr 2023
Çingiz Abdullayev jurnalisti məhkəməyə verir 15:45, 21 noyabr 2023
Halayın Mirish Hüseynovla ATV - dəki çıxışı 15:50, 20 noyabr 2023
Masallıda yeni məktəb binası istifadəyə verilib 15:06, 15 noyabr 2023
"Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni 15:01, 12 noyabr 2023
Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi TƏSDİQLƏNDİ 11:15, 12 noyabr 2023
İran Prezidenti də Səudiyyə Ərəbistana getdi 00:57, 12 noyabr 2023
Gülağa Tənha: Nələr çəkdiyini dərd çəkən bilər...18:09, 11 noyabr 2023
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR 17:19, 11 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə