Təqvim
İranda 6 ayda 354 nəfər edam edilib 
07 iyul 2023 - 10:47

İranda 6 ayda 354 nəfər edam edilib 

İranda 2023-cü ilin ilk altı ayında 354 nəfər edam edilib.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Qrupu məlumat yayıb.

Məlumatda bildirilib ki, İranın hakim dairələri ötən ilin sentyabrında başlayan etiraz hərəkatından sonra cəmiyyətdə qorxu yaratmaq məqsədilə ölüm hökmünün tətbiqini daha da artırıblar. Cari ilin 6 ayı ərzində 354 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur.

Hüquq müdafiəçiləri bildiriblər ki, İranda qeyri-fars etnik qruplar edamlara daha çox məruz qalır. Onlar iddia edirlər ki, edam edilən şəxslərin 20 faizi sünni bəluclardır. Məlumata əsasən, narkotiklərlə bağlı ittihamlar üzrə 206 nəfər asılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 faiz çoxdur. Edam edilənlər arasında 6 qadın var.

İran İnsan Haqları Qrupunun direktoru Mahmud Əmiri jurnalistlərə müsahibəsində deyib ki, İranda ölüm cəzası cəmiyyətdə qorxu yaratmaq və daha geniş etirazların qarşısını almaq məqsədilə istifadə olunur. Onun sözlərinə görə, bu ölkədə 2022-ci ildə 582 edam icra edilib ki, bu da 2015-ci ildən bəri olan ən yüksək göstəricidir.

İran hakimiyyəti 6 ay ərzində etirazlarla bağlı 7 nəfəri edam edib. Hüquq müdafiəçiləri bu ilin sonunadək edamların sayının artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə