Azərbaycan Həvəskarlar Futbol Federasiyasının XXIV ölkə birinciliyi çərçivəsində Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu yeni mövsümdə ilkin mərhələnin bütün oyunlarını ilə qələbə başa vurduqdan sonra komanda finalın bir addımlığında fürsəti əldən buraxıb. “Ərkivan” FK birinciliyin 1/2 final görüşü çərçivəsində iyunun 25-də səfərdə - Bakı şəhərindəki “ASK Arena” stadionunda yerli “Lokomotiv” futbol klubu ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsi 2:1 hesabı ilə Masallı futbolçularının xeyrinə başa çatsa da, ikinci yarımhissədə rəqib komanda üstünlüyü ələ alıb. Beləliklə, oyun “Lokomotiv”in qələbəsi ilə qurtarıb – 2:6. Akif AĞAYEV, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü “Ərkivan” (Masallı) FK-nın ilk məğlubiyyəti onu finaldan etdi
Bütün hüquqlar qorunur © 2025