CAN VƏTƏN bu barədə Qazaxıstan mediasına istinadən xəbər verir. Abay rayonuna səfər edən Tokayev, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib. Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur. Qeyd edək ki, yanğın nəticəsində 14 nəfər ölüb.Qazaxıstanda milli matəm elan edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib.
Bütün hüquqlar qorunur © 2023