Təqvim
İlham Əliyev Yaponiyanın Baş nazirinə məktub göndərib
07 sentyabr 2022 - 14:24

Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Fumio Kişidaya məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Bu il biz Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu əlamətdar hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırıram.

Biz Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sevindirici haldır ki, ötən dövr ərzində dostluq əlaqələrimiz inkişaf etmiş, iqtisadiyyat, energetika, investisiya, maliyyə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız genişlənmişdir. Yaponiyanı təmsil edən şirkətlər ölkəmizdə bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər. Eyni zamanda əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda səmərəli işbirliyimiz təqdirəlayiqdir.

Bu gün ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Yaponiya ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişafına və möhkəmlənməsinə nail olacağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və rifah diləyirəm".

Sosial şəbəkələrdə paylaş:
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə