Bu gün Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Ağcabədi rayonunda məskunlaşan Laçın sakinləri bu xəbəri toy-bayramla qeyd ediblər. Sakinlər şəhər mərkəzinə yığışaraq rəqslər edib, Ali Baş Komandana minnətdarlıq bildiriblər. Ağcabədidə məskunlaşan Laçın sakini bildirib ki, altı yaşından öz yurd-yuvasını tək etməyə məcbur olub.
Bütün hüquqlar qorunur © 2025