Təqvim
İlham Əliyev viza ilə bağlı sərəncam imzaladı
22 avqust 2022 - 20:34

Prezident İlham Əliyev “2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncam verib.

 

Sərəncama əsasən, müəyyən edilib ki, 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının (2022 FİFA Dünya Kuboku) keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən və bu Sərəncamda göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il noyabrın 20-dən dekabrın 20-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- 2022 FİFA Dünya Kubokunun beynəlxalq təşkilatçıları olan “Q22” Şirkətinin və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

- futbol komandaları 2022 FİFA Dünya Kubokunda iştirak edən ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

 

Xarici İşlər Nazirliyi:

- Bu Sərəncamda müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Q22” Şirkətinə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli;

- Bu Sərəncamla müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti bu Sərəncamda müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat verməlidir. Dövlət Turizm Agentliyinə 2022 FİFA Dünya Kubokunun təşkili və keçirilməsi ilə bağlı Qətər Dövlətinə səfər edəcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına qısamüddətli turizm səfərlərinin təşviq edilməsi ilə əlaqədar ölkə xaricində marketinq kampaniyalarının təşkilini, aidiyyəti strukturlarla əlaqələrin qurulmasını və müvafiq tədbirlərin keçirilməsini təmin etmək tapşırılıb.

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə