Salvadorda futbol hakimi Xose Arnoldo Amaya futbolçular və azarkeşlər tərəfindən döyüldükdən sonra ölüb. Bu barədə Salvador Futbol Federasiyası məlumat yayıb. Qeyd olunur ki, insidentə səbəb matçların birində hakimin futbolçuya qırmızı vərəqə göstərməsi olub. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Hücumdan sonra xəstəxanaya yerləşdirilən X.A.Amaya qanaxmadan həyatını itirib.
Bütün hüquqlar qorunur © 2024