AFFA-nın keçirdiyi Həvəskar Liqasının “Bayil Rovers” – “Çinar” (Zəngilan) oyununda kütləvi dava baş verib. Toqquşma 76-cı dəqiqədə yaşanıb. Bununla əlaqədar İntizam Komitəsi cəzalar tətbiq edib. Qərara əsasən, “Bayil Rovers”dən Qismət Əhmədov, “Çinar”dan isə Rəhman Veysəlov və Bilal Rəhimov 6 oyun cəzalanıb. Hər üç oyunçu insident zamanı qırmızı vərəqə ilə meydandan qovulub.
Bütün hüquqlar qorunur © 2023