Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə Tunis Respublikasının milli bayramı münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm".
Bütün hüquqlar qorunur © 2025