“Azov” alayı Ukrayna ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürüb. Bu barədə alayın teleqram kanalında məlumat verilib. “Kim bizə qılıncla gəlsə, elə qılıncdan da öləcək”, - alay vurğulayıb. General-mayorun adı açıqlanmayıb. Bundan başqa, bu gün “Azov” alayı Ukraynanın Mariupol şəhərindəki Rusiya ordusunun mövqelərini bombalayıb, nəticədə qarşı tərəfin bir neçə texnikası məhv edilib.
Bütün hüquqlar qorunur © 2025