Prezident İlham Əliyev Azərbaycan qadınlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər: Ağayeva Lyubov Aleksandrovna Axundova Nəcibə Novruz qızı Alızadə Sevinc Əsgərxan qızı Əfrasiyabova Dilarə Paşa qızı İmanova Mehriban Təyyar qızı Qasımova Bahar Komandir qızı Qəhrəmanova Yaqut Qəhrəman qızı Mirzəzadə Gülqədəm Abdulalı qızı Muxtarova Dilarə Əliəsgər qızı Rzayeva Yazgül Həsənəli qızı Salamova Gülnaz Mustafa qızı Salehova Almas Yaqut qızı Tağıyeva Leyla Çingiz qızı.
Bütün hüquqlar qorunur © 2025