Təqvim
Vidadi Muradovun cinayət işinə xitam verildi
28 yanvar 2022 - 11:23

Bu gün "Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradova hökm oxunub və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmə əsasən, V.Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib.

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

Xatırladaq ki, V.Muradov 2021-ci il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Aparılan istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq "Azərxalça" ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

 

Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu "Azər-İlmə" MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək "Azərxalça" ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

 

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq "Azərxalça" ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun "Azərxalça" ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, "Azərxalça" ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

 

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik - Rusiya XİN 22:18, 06 dekabr 2023
Azərbaycana qarşı qərəzli siyasətdən əl çəkin - İcmadan tələb 12:22, 06 dekabr 2023
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. 23:26, 05 dekabr 2023
ALLAH adamı-Gülağa Tənhanın təşəbbüsü ilə - EHTİYACI OLAN 100 ailəyə,100 azn23:11, 05 dekabr 2023
Qızılca xəstəliyinin yaratdığı FƏSADLAR 22:14, 05 dekabr 2023
“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”. 22:08, 05 dekabr 2023
Məktəblərdə mobil telefondan istifadə qadağan olundu 12:26, 05 dekabr 2023
Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır 21:59, 04 dekabr 2023
A vitamini çatmayan uşaqlarda qızılca daha ağır keçir 18:59, 04 dekabr 2023
GÜLAĞA TƏNHA: GƏLƏRSƏNMİ 12:31, 04 dekabr 2023
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə