Təqvim
Zaqatalada dərsdən qayıdan qıza təcavüz etdilər
21 oktyabr 2021 - 11:10

Zaqatala rayonunda məktəbli qız seksual xarakterli zorakılıqla üzləşib.

 

Hadisə bu il may ayının 4-də saat 17 radələrində rayonun Axaxdərə kəndində qeydə alınıb. Belə ki, əvvəllər narkotik maddələrin dövriyyəsi və zorlamaya cəhd əməlinə görə məhkum edilmiş kənd sakini, 1977-ci il təvəllüdlü Həsən Abdulov bu dəfə həmkəndlisinin 2008-ci il təvəllüdlü qızı Mədinəni zorlamaq qərarına gəlib.

 

Məlumata görə, Həsən Car kəndində məscidin yaxınlığında olarkən həmkəndlisinin qızının hazırlıq dərsindən çıxıb yol kənarında dayandığını və öz kəndlərinə gedən avtobusu gözlədiyini görüb. Sərxoş vəziyyətdə olan Həsən yetkinlik yaşına çatmayan məktəbli qızı zorlamaq qərarına gəlib və ona yaxınlaşaraq atasını xəbər alıb. Daha sonra o, Mədinənin arxasıyca məscidin qarşısına yaxınlaşan "Mercedes" markalı mikroavtobusa minib. Seksual manyak avtobus Axaxdərə kəndinə çatanda qızla birlikdə düşüb və onun arxasıyca düşüb. 13 yaşlı qız yolunu dəyişib nənəsigilin həyətinə daxil olmaq istəyərkən Həsən arxadan onu vurub və ağzını tutaraq zorla yaxınlıqdakı meşəlik zolağa aparıb. Burada qızı ölümlə hədələyən və qışqırmaması üçün ağzını tutan şəxs onu üzü üstə yerə uzadaraq zorlayıb.

 

Məktəbli qız Həsənin ona qarşı etdikləri barədə evə qayıdan kimi nənəsinə və anasına xəbər verib. Seksual manyak dərhal polis tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb.

 

Sentyabr ayında Şəki Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə prosesinin yekununda H.Abdulovun 14 il müddətində azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
Əmək pensiyalarının hesablanması qaydası DƏYİŞDİ 12:56, 22 noyabr 2023
Əskik və artıq ödənilmiş pensiyalar necə əvəz ediləcək... 11:36, 22 noyabr 2023
Çingiz Abdullayev jurnalisti məhkəməyə verir 15:45, 21 noyabr 2023
Halayın Mirish Hüseynovla ATV - dəki çıxışı 15:50, 20 noyabr 2023
Masallıda yeni məktəb binası istifadəyə verilib 15:06, 15 noyabr 2023
"Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni 15:01, 12 noyabr 2023
Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi TƏSDİQLƏNDİ 11:15, 12 noyabr 2023
İran Prezidenti də Səudiyyə Ərəbistana getdi 00:57, 12 noyabr 2023
Gülağa Tənha: Nələr çəkdiyini dərd çəkən bilər...18:09, 11 noyabr 2023
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR 17:19, 11 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə